EN

Hindistanın Rusiyaya ixracı tarixi rekorda çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Hindistan mallarının Rusiyaya ixracı iyunda rekord həddə çataraq 475 milyon dollar təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə tədarükün həcmi təxminən 328 milyon dollardan 475 milyon dollara qədər artıb.  Bu rəqəm cari ilin martında qeydə alınan əvvəlki rekordu (441 milyon dollar) ötüb.

Eyni zamanda Rusiyanın Hindistana ixracı da il ərzində 18% artaraq 6 milyard dollara çatıb. Daha yüksək aylıq göstəricilər cəmi iki dəfə - 2023-cü və 2024-cü illərdə müşahidə olunub.

Nəticədə iki ölkə arasında qarşılıqlı ticarət illik ifadədə 20% artaraq 6,4 milyard dollar təşkil edib. Bu, yazın sonundakı rekorddan (7,5 milyard dollar) sonra müasir tarixdə ikinci ən böyük nəticədir.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
143
30
banco.az

10Sources