İran prezidenti Məsud Pezeşkianın ilk xarici dövlət səfərinin təyinatı bu gün açıqlanıb.
Bakıvaxtı.az saytı İran KİV-nə istinadla xəbər verir ki, İraq Pezeşkianın prezident kimi səfər edəcəyi ilk ölkə olacaq.
Xəbərdə deyilir ki, İran prezidenti seçildikdən sonra ilk xarici səfərinin hədəfi kimi İraqı seçib və bu, İranın İraqla əlaqələrinin əhəmiyyətindən xəbər verir.
Mənbələr bildiriblər ki, Pezeşkianın qonşu ölkəyə səfəri iraqlı həmkarı Əbdül Lətif Rəşidin dəvəti ilə olacaq.
İran prezidentinin İraqdan sonra ABŞ-ın Nyu-York şəhərinə - BMT-nin toplantısına səfərinin planlaşdırıldığı da bildirilir.Modern.az