EN

KİV: Durovun saxlanması Qərbin Ukraynadakı münaqişə ilə bağlı məlumat əldə etməsini çətinləşdirəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Telegram" mesencerinin yaradıcısı Pavel Durovun Fransada saxlanılması Qərb ölkələrinin sakinlərinin və ekspert icmasının Ukraynadakı münaqişənin gedişi ilə bağlı aktual məlumat almaq imkanlarını məhdudlaşdıra bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin "Defense One" portalının köşə yazarı Patrik Taker deyib.
Onun qiymətləndirməsinə görə, Durov Fransa hüquq-mühafizə orqanlarının əlinə verildikdən sonra "Telegram"ın özü də təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qala bilər:
"Nəticədə, bu hərəkətlər ona gətirib çıxaracaq ki, Qərb ölkələrinin ictimaiyyəti münaqişə ilə bağlı ən son məlumatlara çıxışını itirəcək, çünki mesencer Ukraynadakı münaqişəni işıqlandıran rus hərbi bloqçuları üçün əsas platformaya çevrilib".
ABŞ-li müşahidəçi qeyd edib ki, Rusiyanın "Telegram" kanallarının materialları Vaşinqton Müharibənin Öyrənilməsi İnstitutu (ISW) kimi Qərb beyin mərkəzləri üçün dəyərli məlumat mənbəyi olaraq qalır. Oxşar nöqteyi-nəzər "Telegram"ın Qərb hərbi ekspertləri üçün əhəmiyyətini qeyd edən Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin tədqiqatçısı Samuel Bendettin "Defence One"a verdiyi şərhdə ifadə olunub.
Chosen
197
50
oxu.az

9Sources