EN

İnvestisiya təşviqi sənədi nədir?

İnvestisiya təşviqi sənədi - hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından azad edilir. Sahibkarlar investisiya təşviqi sənədi üçün İqtisadiyyat Nazirliyinə, eləcə də nazirliyin KOB evlərində fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər. İnvestisiya təşviqi sənədi barədə ətraflı məlumatı KOBİA-nın 131 Çağrı Mərkəzindən öyrənmək olar.

Chosen
132
baku.news

1Sources