Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə yeni rəis təyin edilib. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb. Əmrə əsasən, Mərkəzin rəisi vəzifəsinə Elşən Albəndov təyin edilib. O, həmçinin yeni yaradılan Məhkəmə Ekspertizası Şurasının katibi olub. E.Albəndov bu təyinatadək Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.