Azərbaycanlı idmançı Fərid Əlibabazadə (57 kq) Qazaxıstanda keçirilən MMA "Octagon" liqasında qalib olub.

Offsideplus.az xəbər verir ki, Almata şəhərində baş tutan qarşılaşmada o, Askar Jaksilikova qarşı döyüşüb və 5-ci raundda boğma fəndi ilə qalib gələrək çempion titulunu qazanıb.

Qeyd edək ki, Əlibabazadə keçirdiyi 17 görüşün 10-da qələbə qazanıb, 7-də uduzub.