Fransanın dövlət başçısı Emmanuel Makron ilk prezidentlik kampaniyası başlayandan "Telegram"dan fəal şəkildə istifadə edib. O, Nazirlər Kabinetinin əksər üzvləri və ölkənin digər siyasi xadimləri kimi hələ də messencerdən istifadə edir.
Xeberler.az məlumat verir ki, bu barədə "Politico" qəzeti yazıb.
Bildirilib ki, “Politico”ya bununla bağlı məlumat verən keçmiş deputat Makronla yazışmalarını göstərib. Nəşr dəqiqləşdirib ki, sabiq deputatla söhbət messencerin təsisçisi Pavel Durov Parisdə saxlanıldıqdan iki gün sonra baş tutub.