Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müşavirtəyin olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildiriblərki, Fərid Osmanov rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavirtəyin edilib.
Qeyd edək ki, Fərid Osmanov Azərbaycan Dövlət İqtisadUniversitetinin Maliyyə və kredit fakültəsində bakalavr vəmagistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib.
O, həm də Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatikavə idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiyatexnologiyaları ixtisası üzrə bitirib, daha sonra BöyükBritaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.
2005-ci ildən Azərbaycan Respublikası Milli Bankının İnformasiyatexnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb,2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyinedilib.
2019-cu ilidə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəkixidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
2020-ci ildən bu təyinata qədər Mərkəzi Bankın baş direktoruvəzifəsində çalışıb.