EN

Günəbaxan yağını da çənə tökdükdə dizel kimi yana bilir - AÇIQLAMA

“Yük maşınının yanacaq çəninə dizel deyil, işlənmiş yağ tökülməsi normal haldır, burada sensasiyalı, qeyri-adi bir şey yoxdur. Köhnə maşınların konstruksiyası sadədir, buna görə də ona dəyən ziyan çox deyil. Müasir dizel mühərriklərində isə vəziyyət tamam başqadır. İnsanlar bu cür videoları sosial şəbəkələrdə görüb “vau” deyirlər ki, sürücü yağı çənə tökür, mühərriki yandırır. Mühəndis təhsili olan istənilən adam isə bilir ki, bu, normal bir şeydir. Nəinki dizel yanacağı, bu tipli köhnə avtomobillərin çəninə marketdən aldığım günəbaxan yağını da töksəm, yanacaq. Günəbaxan yağı belə dizel kimi yana bilir. Zamanında bunu ediblər. Bitki yağını dizel əvəzinə yandırıblar”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış avto bloqer, aparıcı Elgün Xıdırov deyib. 

Elgun

O bildirib ki, maşının çəninə işlənmiş yağ tökülməsi ekologiyaya ziyan vurur: “Amma məsələnin maraqlı tərəfi təkcə bu deyil. Çünki  həmin avtomobil köhnə avtomobildir, dizellə işləsə belə, onsuz da ekologiyaya ziyan vurur. Böyük ehtimal, 99% onun katalitik neytralizatoru yoxdur. Varsa belə, çox işləyə bilməz. Yağla işləyirsə, qısa bir zamanda tutulmalıdır”. 

 

Aytəkin Qardaşova

Tarix: 28 Avqust 2024, 13:20   
Chosen
98
pravda.az

1Sources