EN

Mehriban Vəliyevanın seçicilərlə görüşləri davam edir – FOTO

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt 3-cü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın seçicilərlə  görüşləri uğurla davam edir.

 

Görüşlərdə deputatlığa namizəd Mehriban Vəliyeva  YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib. “Azərbaycanın tutduğu yol xalqımızın maraqlarına əsaslanır”, – deyə söyləyən deputatlığa namizəd bildirib ki, hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan regionun ən sabit və inkişaf edən ölkəsidir. M.Vəliyeva qazanılan uğurlardan bəhs edərək ən mühüm məqamın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilir.

 

M.Vəliyeva çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

 

Öz növbəsində seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Chosen
67
1
modern.az

2Sources