Məşhur türk aktyor Engin Altan Düzyatan Bakıya gəlir.
OLAY yazır ki, o, 11-24 noyabr tarixlərində baş tutması planlaşdırılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Beynəlxalq Məşvərət Şurasında Türkiyəni təmsil edəcək.
Aktyor 21 nüfuzlu nümayəndənin sırasında yer alacaq.
Komitə üzvü seçilən sənətşi ötən il Dubayda baş tutan COP28-də də iştirak edib.