EN

Qvardioladan klub işçilərinə 10 minlik hədiyyə

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola nümunəvi addımla yadda qalıb. Matc.az xəbər verir ki, 53 yaşlı mütəxəssois klubun məşq meydançasında əsas komandanın xeyrinə çalışan bütün heyətə hədiyyə verib. Onların hər biri məşqçidən 10 min funt-sterlinq alıb. Bazada aşpazlar, fizioterapevtlər, baristalar, mühafizə işçiləri və avadanlıq menecerləri də daxil olmaqla 60-70 nəfərin çalışdığı bildirilir. Qvardiola bununla komanda birliyini və heyətlə oyunçular arasında ünsiyyəti möhkəmləndirməyə çalışır.

Chosen
95
matc.az

1Sources