Hurriyyet.az xəbər verir ki, Kreml RF Prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan Monqolustan dövlətinə səfəri ilə bağlı narahatlıq doğuran suallara aydınlıq gətirib.
TASS informasiya agentliyinin məlumatına görə, bu barədə Kremlin rəsmi təmsilçisi Dmitri Peskov məlumat verib.
Peskov deyib: "Həyəcana səbəb yoxdur, bizimlə Monqolustandakı dostlarımız arasında gözəl dialoq mövcuddur". O, səfərin bütün detallarının diqqətlə hazırlandığını, Monqolustanın BCM üzvü olmasının təhlükə yaratmadığını deyib.
Xəbər verdiyimiz kimi, RF Prezidenti Vladimir sentyabrın 3-də Monqoliyaya səfər etməyə hazırlaşır. BMT-nin Haaqa yerləşən Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqların qanunsuz deportasiya edilməsi ittihamı əsasında 2023-cü ilin martı ayında RF Prezidentinin həbs edilməsini qərara alıb.
Hürr Tərcüman