EN

"Tesla" yeddiyerlik "Model Y" modelinin kütləvi istehsalına başlayacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oktyabr ayında Şanxayda (ÇXR) "Tesla" zavodunda "Model Y" modelinin yeddiyerlik versiyasının istehsalına başlanacaq avtomobil təkcə çinlilər üçün deyil, həm də Avropa bazarı üçün nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə auto.onliner.by məlumat yayıb.
Yeni məhsul elektromobilin standart versiyasından 45 kq ağır olacaq. Yenilənmiş "Model Y" (kod adı "Juniper") gələn ilin əvvəlində nümayiş etdirilməlidir. Yeddiyerlik modifikasiyanın eyni təkmilləşdirmə, yoxsa tamamilə fərqli avtomobil olduğunu hələlik söyləmək mümkün deyil.
Qeyd edək ki, yeddiyerlik "Model Y" yeni deyil. Belə bir avtomobil alıcılara ABŞ bazarında hələ 2021-ci ildə təklif edilmişdi.
Chosen
89
50
oxu.az

10Sources