EN

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı beş nəfər həbs edilib

Bakının Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan şəxsləri həbs edib.

Daxili İşlər Nazirliynin Mətbuat ximətinin məlumtında deyilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi tədbirlərl əlaqədar paytaxt sakinləri Rasim Kərimov, Nəriman Nərimanov, tanışı Ramil Allahverdiyev, Rüstəm Kərimov və İsa Ağayev saxlanılıb.

Onlardan ümumilikdə 19 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işləri başlanılıb və saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Chosen
133
turan.az

1Sources