EN

Yüksək bal toplamış 265 abituriyent Bakı Mühəndislik Universitetini seçib

Yüksək

Xırdalan, 30 avqust, AZƏRTAC

Bu il Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinə qəbulun nəticələri bütün parametrlər üzrə uğurlu göstəricilərlə yadda qalıb. Ötən ilin statistikası ilə müqayisədə həm plan yerlərinə tələbə sayında, həm də yüksək nəticə göstərmiş abituriyentlərin BMU-da təhsil almağa üstünlük verməsində ciddi fərq müşahidə edilir.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Bildirilib ki, ötənilki qəbul imtahanlarında BMU-ya 30 ixtisas üzrə 1070 tələbə qəbul olmuşdusa, bu il ilk mərhələdə universtetə 36 ixtisas üzrə 2108 nəfər qəbul olub. Bu il istər ixtisas sayları, istərsə də yerlərin sayının artması fonunda qəbul planı birinci mərhələdə 95 faiz dolub. IV və V qruplar üzrə isə bu göstərici 100 faiz olub.

Müsbət göstəricilər BMU-ya üstünlük verən yüksək bal toplamış abituriyentlərin sayında da özünü göstərib. Bu il ali təhsil ocağına qəbul olanların 265 nəfəri 500-dən yuxarı, 52 nəfəri isə 600-700 bal arasında nəticə göstərib ki, bu da ötən illə müqayisədə iki dəfəyə yaxın artım deməkdir. Universitetə ortalama qəbul balı isə 365 olub.

Bu il BMU-nu seçən abituriyentlərin 50 faizi dövlət sifarişi əsasında oxuyacaq. Qəbul olanların təhsil forması üzrə statistikasına gəldikdə isə 90 faiz əyani, 10 faiz qiyabi təhsil alacaq.

Chosen
197
7
azertag.az

8Sources