EN

17 il əvvəl qəzaya uğrayan təyyarənin qalıqları tapıldı

Xüsusi axtarış-xilasetmə şirkəti 17 il əvvəl Kanada sərhədində Huron gölünə düşən "Socata TB-20" tipli təyyarənin qalıqlarını ABŞ-nin Miçiqan ştatında tapıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Miçiqan ştatının polisi məlumat yayıb. 

Dağıntıların yaxınlığında skelet qalıqları aşkar edilib. Şimali Miçiqan Universitetinin Ədli Antropologiya Mərkəzində aparılan araşdırmalar nəticəsində qalıqların 56 yaşlı sərnişin H. Brooke Stauffer Jr.-ə aid olduğu qeyd edilib.

Xatırladaq ki, Stauffer Jr-in 52 yaşlı nişanlısı Karen Dodds tərəfindən idarə olunan "Socata TB-20" tipli təyyarə 2007-ci ildə ABŞ-Kanada sərhədində Huron gölünə düşüb.Doddsun cansız bədəni qəzadan iki ay sonra tapılsa da, Stauffer Jr-in izi və ya təyyarənin qalıqları tapılmamışdı. Staufferin ailəsinin tələbi ilə özəl şirkət 2023-cü ilin oktyabrında axtarış işlərinə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
56
7
olaylar.az

9Sources