Rusiyaya daxil olan əcnəbilərdən biometrik məlumatlar (üz şəkli və barmaq izləri) tələb olunacaq.
Publika.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qayda dekabrın 1-dən etibarən tətbiq ediləcək.
Bu prosedurdan yalnız Belarus vətəndaşları, 6 yaşdan kiçik uşaqlar və diplomatlar azad olunacaq.
Birinci mərhələdə prosedurun Moskvanın Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanlarında, həmçinin Orenburq vilayətinin Maştakovo keçid məntəqəsində həyata keçirilməsi nəzərdə tutulub.