EN

Səfir: Türkiyənin müdafiə sənayesinin istehsal həcmi 90 milyard dollar təşkil edir

Son dövrlər Türkiyənin müdafiə sənayesi sahəsində görülən tədbirlər nəticəsində istehsal həcmi və insan kapitalı əhəmiyyətli dərəcədə artıb, hazırda bu sahədə 100 min nəfər çalışır, istehsal həcmi isə 90 milyard dollar təşkil edir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “30 Avqust – Zəfər bayramı” münasibətilə təşkil olunan tədbirdə deyib.

Səfir bildirib ki, Türkiyə qlobal səviyyədə ən güclü diplomatiyalardan birinə sahibdir:

“Bizim qələbəmiz millətimizin daşıdığı müqəddəs zəfər nişanıdır. Böyük zəfərdən aldığımız cəsarət bizim üçün ilham qaynağı təşkil edir. Qəhrəman əcdadlarımızın bizə əmanətini qorumaq və buna layiq olmaq üçün mübarizəmizi davam etdiririk. Türkiyə Cümhuriyyəti “Güclü ordu – Güclü dövlət” prinsipinə daim sadiq qalmaqdadır. Hazırda Türkiyə müdafiə sənayesi sahəsində 100 min nəfər çalışır. Bu sahənin ümumi həcmi 90 milyard dollar təşkil edir. Türkiyə həm güclü ordusunu gücləndirməyə, həm də müdafiə sənayesi sahəsindəki gücünü daha da artırmağı hədəfləyib. Bu gün Türkiyə ümumilikdə 261 diplomatik nümayəndəliyi ilə dünyanın ən güclü diplomatiyalarından birinə sahibdir. Avqustun 1-də Ankara gerçəkləşdirilən əsir mübadiləsi əməliyyatı ölkəmizə beynəlxalq etimadın bariz nümunəsidir. Biz daim sərhədlərimiz daxilində və xaricində terrorçuluqla mübarizə fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycan Prezidentinin “Bizim ailəmiz Türk dünyasıdır” fikirləri bizim üçün əsas rolunu oynayır. Bu fikirlər Azərbaycanla qardaşlığımıza önəmli dəyər qazandırmaqdadır. Türkiyədəki meşə yanğınlarının söndürülməsində göstərdikləri səylərə görə Azərbaycana bir daha təşəkkür edirik. Sıxıntılı günlərində daim yanlarında olduğumuz azərbaycanlı qardaşlarımızla münasibətlərimizi davam etdirəcəyik. Biz güclü Türkiyə uğrunda bundan sonra da mübarizə aparacağıq”, – səfir vurğulayıb.

Chosen
45
11
banker.az

10Sources