Hollivud aktyoru Çenninq Teytum paltarlarını yumamaq üçün yeni üsul tapıb.
Milli.Az olay-a istinadən bildirir ki, "GQ" dərgisinə müsahibə verən aktyor bir ildir paltarlarını yumadığını etiraf edib. Bunun əvəzinə hər həftə yeni köynəklər aldığını bildirib:
"Mən paltar yumağa sözlə ifadə edə bilməyəcəyim qədər nifrət edirəm".
44 yaşlı aktyor etiraf edib ki, 1999 və ya 2000-ci illərdə 12 ay paltarlarını yumayıb:
"Bir ilim var idi ki "təzə ağ köynək ili" adlandırırdım. Düşünmürəm ki, o vaxtlar paltar yuyurdum. Təzəcə aldığım ağ köynəkləri geyinmişdim. Düşündüm ki, mən bunları həftədə iki dəfə geyinə bilərəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun