Perunun paytaxtı Limada keçirilən yeniyetmələr arasında dünya çempionatında iştirak edən Azərbaycan cüdoçusu Cəsur İbadlı qızıl medal qazanıb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Cəsur İbadlı (-73 kq.) finalda rəqibi Timur Davidovu məğlub edib.
Qeyd edək ki, turnir avqustun 28-dən 31-nə qədər keçirilir.