Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan paraüzgüçüsü Raman Saleyin “Paris-2024” Yay Paralimpiya Oyunlarında gümüş medal qazanması ilə bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, paylaşımda deyilir:
“Gümüş medal! Paraüzgüçü Raman Saley Azərbaycanı “Paris-2024” Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdi! İdmançımızı təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!”