EN

İlham Əliyev Malayziyanın Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə təbrik məktubu göndərib.

SİA-nın məlumatına görə, məktubda deyilir:

"Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Biz Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bundan sonra da uğurla davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Noyabr ayında Bakıda təşkil ediləcək COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində Malayziya ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvaram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim rifah arzulayıram".

Chosen
78
49
sesqazeti.az

10Sources