"Ümid edirəm, xalqımızın gələcəyi üçün düzgün seçim edərik. Səs verdiyim namizədin seçildiyi təqdirdə, əhalinin problemlərini həll edəcəyini düşünürəm".
AzEdu.az xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında növbədənkənar parlament seçkisində ilk dəfə səsvermə hüququndan istifadə edən 18 yaşlı Yaqub Rəhimli deyib.
O bildirib ki, gələcəkdə deputat olmaq istəyir:
"Düzgün millət vəkili olmaq istəyirəm. Yalnız kresloda oturan deputatlardan olmaq istəmərəm".