EN

“Yunayted" və "Neftçi"nin hücumçuları yığmaya çağırılanlar arasında

Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da səfərdə Lüksemburq, 10-da isə evdə Serbiya yığması ilə qarşılaşacaq.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu məqsədlə komanda sentyabrın 2-dən 10-dək təlim-məşq toplanışında olacaq.

U-21 sentyabrın 3-dən 4-nə keçən gecə Lüksemburqa yollanacaq, ayın 7-də Bakıya qayıdacaq.

Toplanışa aşağıdakı futbolçular dəvət olunub:

Qapıçılar: Eldar Tağızadə ("Tudelano" İspaniya), Xəyal Fərzullayev ("Sumqayıt"), Rüstəm Samiqullin ("Neftçi")

Müdafiəçilər: Süleyman Damadayev ("Qəbələ"), İbrahim Ramazanov ("Turan Tovuz"), Emin Rüstəmov ("Səbail"), Cəlal Hüseynov ("Arda", Bolqarıstan), Eşqin Əhmədov ("Qəbələ"), Rüfət Əhmədov ("Turan Tovuz"), Rüfət Abbasov ("Şamaxı")

Yarımmüdafiəçilər: Abdulla Rzayev ("Sabah"), Mahir Həsənov ("Kəpəz"), Qurban Səfərov ("Şamaxı"), Mirəli Əhmədov (MOİK), Rauf Rüstəmli ("Şamaxı"), Emil Səfərov ("Neftçi"), Xəyal Əliyev ("Sabah"), Fərid Yusifli ("Turan Tovuz"), Şahin Şahniyarov ("Qəbələ"), Zeynəddin Abdurahmanov ("Cəbrayıl"), Samir Məhərrəmli ("Cəbrayıl"), Samir Abdullayev ("Səbail")

Hücumçular: Murad Vəliyev ("Nomme Yunayted", Estoniya), Camal Cəfərov ("Sabah"), Ağadadaş Salyanskiy ("Neftçi")

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
109
50
sportinfo.az

10Sources