Növbədənkənar parlament seçkilərində Naxçıvan Muxtar Respublikası üzrə saat 15:00-a olan seçici fəallığını açıqlanıb.
Bizim.Media xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) saat 15:00-a olan məlumatına görə, muxtar respublika üzrə seçici fəallığı 30 faizdən yüksəkdir.
Naxçıvanda ümumillikdə saat 15:00-dək 76.507 nəfər səs verib.
Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə saat 15:00-a olan seçici fəallığı barədə məlumatı təqdim edirik:
1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə: 16 135 nəfər, 33.04 %
2 saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə: 17 081 nəfər, 34.79 %
3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə: 14 549 nəfər, 30.58%
4 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə: 14 125 nəfər, 30.14 %
5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi üzrə: 14 617 nəfər, 29.87 %
6 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə: 13 330 nəfər, 28.33 %.
Günay Şahmar, Bizim.Media