EN

"Tətilə getməyən insanların seçkilərdə aktiv olması sevindiricidir"

Seçki prosesi normal məcrada gedir və seçicilər öz hürr iradəsini ifadə edirlər.

 

Bu barədə Modern.az-a Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

 

O qeyd edib ki, partiyanın seçki qərargahına seçki pozuntusu ilə bağlı faklar daxil olmayıb.

 

"Müşahidəçilərimizdən də 20 dəqiqədən bir məlumatlar alırıq. Seçki qərargahımız aktiv işləyir. Yay şəraitini nəzərə alaraq insanların fəallığı normaldır, xüsusi ilə də Bakı şəhərində yaşayan tətilə getməmiş insanların bu dərəcədə aktiv olması sevindiricidir. Seçki prosesi uğurla davam edir. Yəqin ki, normal şəkildə də yekunlaşacaq. Biz də işimizi davam etdiririk: məlumatlar toplayırıq, məntəqə üzrə müşahidəçilərimizin rəylərini də təhlil edirik. Ümumi vəziyyət normaldır, hələ ki seçki ilə bağlı problem yoxdur".

 

Gülarə Quliyeva

Chosen
60
1
modern.az

2Sources