EN

Xəzəryanı ölkələrin XİN başçıları nə vaxt görüşəcək?

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonunda Türkmənistanda baş tutacaq.

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə nümayəndəsi Mixail Petrakov bildirib.

O qeyd edib ki, tarix hələ razılaşdırılmayıb, lakin noyabr və ya dekabrda görüş baş tuta bilər.

"Nazirlərin gərgin iş cədvəli ilə əlaqədar bunu təyin etmək həmişə çətindir", - deyə diplomat vurğulayıb.
Chosen
39
1
qaynarinfo.az

2Sources