HƏMAS hərəkatı əllərində qalan israilli girovların 36 il əvvəl itkin düşmüş pilot Ron Aradın taleyini təkrarlaya biləcəyi ilə hədələyib.
“İki sahil” xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub.
“Netanyahu onlarla yeni Ron Aradın meydana çıxmasını istəyirtəşviq edir”, - deyə HƏMAS-ın bəyanatında deyilir.
Qeyd edək ki, sözügedən israilli pilot Ron Arad 1986-cı ildə Səidə şəhəri yaxınlığında döyüş tapşırığı yerinə yetirərkən təyyarəsi qəzaya uğrayıb. O Livandakı Amal hərəkatının tərəfdarları tərəfindən əsir götürülüb. Bundan sonra İsrail dərhal pilotun azad edilməsi üçün danışıqlara başlayıb. Lakin iki il sonra danışıqlar dayandırılıb. 1988-ci ildən pilot itkin düşmüş hesab edilib, onun yeri və taleyi hələ də məlum deyil.