Bakı, 2 sentyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC sərnişin tələbatını təmin etmək məqsədilə 3, 4, 5 və 6 sentyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
ADY-dən AZƏRTAC-a bildirilib ki, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərlər.