Paşinyan rəqibləri silahdan daha tez “əldə edir”.
Yenicag.az xəbər verir ki, bunu erməni jurnalist və redaktor Sevak Akopyan deyib. O bildirib ki, Azərbaycan Ermənistandan fərqli olaraq silah alır, imitasiya etmir.
“Dünən Azərbaycanın 1,2 milyard dollarlıq müqavilə çərçivəsində İsraildən əlavə “Barak MX” hava hücumundan müdafiə sistemləri alacağına dair məlumatlar yayılıb. Və KTMT-dən adekvat silah ala biləcək Paşinyan KTMT sammitində iştirakdan imtina etdi… Heç nə başa düşmürəm… Yəqin Paşinyan gözləyir ki, Rusiya və blokun digər üzvləri onun arxasınca qaçmalı və onlardan silah almasını xahiş etməlidir.
Qısası, hakimiyyət rəqibləri silahdan daha tez “əldə edir”.
Düşmənimiz olan Azərbaycan dünyanın ən hərbiləşmiş ölkələrindən biridir. Ermənistanın indiki hakimiyyəti üçün isə əsas odur ki, biz guya silahlanırıq. Bu, imitasiyadan başqa bir şey deyil.
Ay millət, dünyada hələ heç bir ordu belə silahlanmayıb – bir sapand alan kimi bir ay danışırlar.
Nikol Paşinyan bundan əvvəl bəyan etmişdi ki, “2018-2020-ci illərdə Ermənistan. son 10 ildə daha çox silah alıb”.
Sual yaranır: bu qədər çox silah almısınızsa, niyə belə tez və biabırçı şəkildə məğlub oldunuz? 13 sentyabr 2022-ci ildə Azərbaycan bir gündə 100 kvadrat kilometr ərazini necə ələ keçirdi?
Yaxud bu qədər yaxşı silahlanmısansa, niyə deyirsən ki, Rusiya bizə silah satmır və KTMT-nin üzvüyük deyə başqa ölkələr də satmır? Axı əslində siz KTMT üzvü kimi silahlanmısınız…
Beynəlxalq hesabat var ki, Ermənistan 2020-ci ildə müdafiə xərclərini 2,6% azaldıb, Azərbaycan isə 17% artırıb. Özünüzü görünməmiş miqyasda silahlandırdığınızdan narahatlığınız yoxdur ki?
Bu ilin oktyabrında öyrəndik ki, silahların bir partiyası Hindistandan, digər partiyası isə Fransadan gətirilib. Olan fakt budur!
Həmin Fransa Ukraynaya bir neçə milyard dəyərində silah bağışlayır, amma sizə silah yox, bəzi zirehli transportyorlar satır. Bunu da Qarabağın təslim olmasından və ermənilərin oranı tərk etməsindən sonra edir.
Fakt budur ki, bu gün Ermənistanda yaşayan hər bir erməni bir şey haqqında düşünür – sərhəd təhlükəsizliyi. Çünki xalq görür ki, hakimiyyət opponentləri silahdan daha tez “əldə edir””, – Akopyan bildirib.
Xuraman Etibarlı