EN

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 14 faiz artıb

Bakı. Trend:

Bu ilin I yarısında Azərbaycanın Özbəkistanla ticarətdövriyyəsinin dəyəri 91 milyon ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, bu, ötənilin eyni dövrünə nisbətən 14 % çoxdur və ən azı son 13 ildə ilk 6ay üçün maksimal göstəricisidir.

Hesabat dövründə Azərbaycana Özbəkistandan 77 milyon ABŞ dollarıdəyərində məhsul idxal edilib ki, bu da bir əvvəlki göstəricidən36,2 % çoxdur.

6 ay ərzində Özbəkistandan 10,7 milyon ABŞ dolları dəyərindəsaflaşdırılmış misdən məftillər, borular və borucuqlar, 9,45 milyonABŞ dolları dəyərində trikotaj parçalar, 6,5 milyon ABŞ dollarıdəyərində avtomobillər üçün kuzovlar, 4 milyon ABŞ dollarıdəyərində quru nəqliyyat vasitələri üçün mühərriklər, 3,6 milyonABŞ dolları dəyərində qurudulmuş üzüm, 3,4 milyon ABŞ dollarıdəyərində televiziya rabitəsi üçün qəbuledici aparatlar, 3,4 milyonABŞ dolları dəyərində kondisionerlər, 2,8 milyon ABŞ dollarıdəyərində toxuculuq materiallarından hazır xovlu/xovsuz örtüklər,2,2 milyon ABŞ dolları dəyərində çəkməli tütün, 1,5 milyon ABŞdolları dəyərində yer fıstığı, 1,4 milyon ABŞ dolları dəyərindətəzə ərik, 1,3 milyon ABŞ dolları dəyərində kağız salfetlər,dəsmallar, süfrələr, selluloz pambıq, 1,2 milyon ABŞ dollarıdəyərində quş yumurtası və s. alınıb.

Bu ilin I yarısında Azərbaycan Özbəkistana 14 milyon ABŞ dollarıdəyərində məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrününgöstəricisindən 40,5 % azdır.

Hesabat dövründə Azərbaycan bu ölkəyə 3,25 milyon ABŞ dollarıdəyərində alüminium ərintiləri, 2 milyon ABŞ dolları dəyərində ağşəkər, 1,2 milyon ABŞ dolları dəyərində təzə alma, 1,1 milyon ABŞdolları dəyərində badam və meşə fındığı, 605,5 min ABŞ dollarıdəyərində lak və boyaqlar, 560 min ABŞ dolları dəyərində minikavtomobili, 520 min ABŞ dolları dəyərində polietilen, 434 min ABŞdolları dəyərində xam neft və neft məhsulları, 297 min ABŞ dollarıdəyərində qurudulmuş noxud, 268 min ABŞ dolları dəyərində nişastavə s. tədarük edib.

Məqalədə:
Chosen
91
5
az.trend.az

6Sources