Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat saxlayan, əvvəllər dəfələrlə məhkum olunmuş Abdülrəşid Qazaxov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, ondan bir ədəd “Makarov” tapançası, daraq və patronlar aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.