ABŞ-nin keçmiş prezidenti və noyabrın 5-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp 2020-ci il seçkilərinə müdaxilə etməyə hər cür haqqı olduğunu deyib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Tramp bu barədə \"Fox News\" televiziyasına müsahibəsində zamanı bildirib.
Bir namizədin ona qarşı ittihamlar olduğu zaman anketlərdə səs nisbətində azalma yaşanacağına diqqət çəkən Tramp onun işində əksinə, anketlərdə artım göstərdiyini qeyd edib.
Sabiq prezident 2023-cü il avqustun 1-də Vaşinqton dairə məhkəməsinə təqdim edilən 45 səhifəlik ittiham aktında 2020-ci il prezident seçkilərinə müdaxilədə ittiham edilib.
2020-ci il prezident seçkilərinin nəticələrinin onun xeyrinə dəyişdirilməsi cəhdi ilə bağlı Trampa qarşı 4 ittiham irəli sürülüb.
ABŞ Ali Məhkəməsi Trampı həbs etməyib.