EN

ABŞ Ermənistanın hüquq-mühafizə orqanlarına rüşvət verir: General-mayordan şok iddia

Birləşmiş Ştatlar tədricən Ermənistanın hüquq-mühafizə sferasına nəzarəti ələ alır, istintaq və hüquq-mühafizə orqanlarına “rüşvət verir” və lazımi əməliyyat və kəşfiyyat məlumatlarını əldə edir.

Publika.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a şərhində Ermənistan İstintaq Komitəsinin Ərazi İstintaq İdarələrinin Fəaliyyətinə Nəzarət Baş İdarəsinin sabiq rəisi, ədliyyə general-mayoru Tatul Petrosyan deyib.

Son zamanlar Amerikanın yüksək rütbəli hüquq-mühafizə orqanlarının nümayəndələrinin Ermənistana səfərləri tez-tez baş verir. Belə ki, avqustun 27-də Ermənistan İstintaq Komitəsinin rəis müavini Arsen Ayvazyan FTB nümayəndə heyətini qəbul edərək, ona Ermənistanın istintaq sisteminin struktur və funksional xüsusiyyətlərini və İstintaq Komitəsində aparılan islahatların gedişini təqdim edib.

Ertəsi gün ABŞ səfiri Kristina Kuinn Daxili İşlər Nazirliyinin rəis müavinləri ilə birlikdə ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən su patrulları üçün keçirilən təkmilləşdirmə kurslarını müşahidə etmək üçün Sevana səfər edib. Bundan əvvəl iyul ayında İrəvanda ABŞ dövlət katibinin müavini Üzra Zeya bəyan etmişdi ki, Vaşinqton Ermənistan patrul polisinin yaradılmasına təxminən 16 milyon dollar sərmayə qoyub .

“Bir vaxtlar Rusiya, Avropa ölkələri və ABŞ-ın hüquq-mühafizə orqanları ilə təcrübə mübadiləsi prinsipi ilə görüşlərimiz olub, qarşılıqlı səfərlər, işgüzar səfərlər olub. İndi görürük, bu hallar əvvəllər mövcud deyildi. Biz heç vaxt tərəfdaşlarımızın bizə tələbə kimi yanaşmasına icazə vermədik” deyən Petrosyan, keçmişdə xaricdən maliyyələşdirilən layihələrin olduğunu və onların layiqli münasibətlər sayəsində səmərəli olduğunu bildirib.

Chosen
107
6
publika.az

6Sources