EN

Bakının 8 Noyabr prospektində hərəkəti tam məhdudlaşdırılacaq

®Xalq Bank 2024-cü ildə “Skytrax World Airline” mükafatı üzrə 8-ci dəfə dünyanın ən yaxşı aviaşirkəti seçilən “Qatar Airways”lə əməkdaşlıq çərçivəsində müştərilərə geniş səyahət imkanları açan növbəti kampaniyaya start verir. Bu gündən başlayan kampaniyada Xalq Bankın istənilən Mastercard və ya Visa ödəniş kartı ilə “Qatar Airways”dən aviabiletləri 12 %-dək endirimlə əldə etmək mümkün olacaq. Müştərilər https://www.qatarairways.com/en-az/offers/cug/xalq-bank.html səhifəsində endirim təklif edilən uçuş istiqamətləri ilə tanış olaraq Xalq Bank kartı ilə ödəniş apararkən sayta avtomatik tətbiq edilmiş QRXALQ24 promokodu ilə endirimdən yararlana biləcəklər.

Qeyd edək ki, endirimlər həm biznes, həm də ekonom sinif uçuşları üçün keçərlidir. Kampaniyada Xalq Bankın bütün Visa və Masterсard ödəniş kartları iştirak edir.

Kampaniya 31.12.2024-cü il tarixədək davam edəcək. Kampaniya zamanı alınmış aviabiletlərin səyahət dövrü isə 31.03.2025-ci il tarixədəkdir.

Təklif yoladüşmə məntəqəsi Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD) olmaqla “Qatar Airways”in Doha şəhəri üzərindən həyata keçirilən tranzit uçuşlarına şamil edilir. Endirimlər Barselona, Madrid, Paris, Kuala Lumpur, Tokio, Maldiv adaları, Bali, Sidney, Toronto, Nyu-York da daxil olmaqla 50-dən çox istiqamətə uçuşlarda keçərlidir.

Xalq Bankın təklif etdiyi ödəniş kartlarını həm geniş filial şəbəkəsindən, həm də https://cardorder.xalqbank.az/ linki vasitəsilə keçid edərək onlayn sifariş vermək mümkündür. Bakı ərazisində kartların çatdırılması pulsuzdur.

Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Chosen
167
6
banker.az

10Sources