Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilinin Gürcüstanın legitim prezidenti olmadığını söyləyib. Kobaxidzenin sözlərinə görə, Zurabişvili ölkənin Ali qanunu pozduğu üçün artıq prezident hesab edilmir və daha bu postda qala bilməz. Onun postda qalmasının yeganə səbəbi - müxalifətin dəstəyidir.
Gürcüstanın Baş naziri deyib: "Salome Zurabişvili Gürcüstan Prezidenti deyil. O özü Konstitusiya Məhkəməsinə müraciət etməklə onun legitimliyini tanıyıb. Həmin Konstitusiya Məhkəməsi Salome Zurabişvilinin konstitusiyanı pozan prezident olduğu üçün onu qeyri-legitim prezident olduğunu qərara alıb".
Kobaxidze deyib: "Zurabişvilinin öz postunu tutmasının yeganə səbəbi "Vahid milli hərəkat" partiyasının dəstəyidir. Parlamentdə müxalifət indiki prezidentin impiçmentinin əleyhinə çıxış etdikdən sonra Zurabişvili onların marioneti olub".
Xatırladaq ki, ötən il Salome Zurabişvili Baş nazirin icazəsi olmadan bir neçə dəfə xaricə səfər etdikdən sonra "Gürcü arzusu" partiyası onun impiçmenti məsələsini qaldırıb. Konstitusiya Məhkəməsi istefa qərarını dəstəkləyib. Lakin hakim partiya qərarın reallaşdırılması üçün parlamentdə kifayət qədər səs toplaya bilməyib. Müxalifət istefanın əleyhinə çıxış edib.
Ardından Zurabişvili özü xarici agentlər barəsində qanunun əleyhinə məsələ qaldıraraq, bir neçə KİV və QHT ilə birlikdə Gürcüstanın Konstitusiya Məhkəməsinə müraciət edib. O, "Xarici təsirin şəfafflığı" qanununu Konstitusiyanın Avropaya inteqrasiya ilə bağlı 78-ci maddəsini pozduğunu hesab edir.
Hürr Tərcüman