EN

"Bu, dövlət başçımız tərəfindən Kəlbəcər sakinlərinə çox böyük hədiyyə olacaq"

Elm və təhsil naziri Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə bir neçə məktəbin açılışının planlaşdırıldığını bildirib.

Publika.az xəbər verir ki, nazir AzTV-yə müsahibəsində həmin məktəblər barədə bunları deyib:

"Şuşada 1 nömrəli məktəb və Xankəndidə tarixən azərbaycandilli məktəb olan Nizami Gəncəvi adına 4 nömrəli məktəb, o cümlədən Xocalı şəhərində, Sus və digər kəndlərimizdə də artıq tədrisə hazırlıq prosesi tam başa çatıb.

Bu məktəblərimizin hər birində bir neçə yüz şagirdin olmasını gözləyirik. Artıq Füzuli, Laçın, Cəbrayıl şəhərlərində məktəblərimizin açılması planlaşdırılır. Coğrafiyamız kifayət qədər genişlənir".

Emin ƏmrullayevQarabağda builki şagird sayının minlərlə ölçüləcəyini diqqətə çatdırıb.

Chosen
221
3
publika.az

10Sources