EN

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - işlərinizdə yaranan problemlər ilk baxışda göründüyü qədər ciddi deyil. Ən xırda çətinlikləri ürəyinizə salmayın. İşdə rəhbərliklə mübahisə dəf olunmayacaq sədd təsiri bağışlamasın. Az sonra anlayacaqsınız ki, eyni məqam barədə müxtəlif sözlərlə danışıbsınız.

Buğa - müsbət təmayüllərin təsiri güclüdür. Çətinliklər olsa da, onların öhdəsindən gələcəksiniz. Xeyli əvvəl yerinə yetirdiyiniz iş üçün mükafat və ya ödəniş alacaqsınız. Borc qaytarılacaq, maliyyə durumunuz yaxşılaşacaq. Yeni məlumat və informasiya əldə edin, bilik və bacarıqlarınızı artırın.

Əkizlər - güclü rəqiblə toqquşmalı olacaqsınız. Mübarizə ədalətli olarsa, qalib gələ bilməyəcəksiniz. Hiyləgərlik edin. Zərərsiz, amma fəndgir sxem qurun və effektiv irəliləyişə nail olun. Həll olunmuş saydığınız problemlərdən biri yenidən gündəmə qayıda bilər. Günün ikinci yarısında mübahisələrə qatılmayın. Fəsadlar çox ağır ola bilər.

Xərçəng - işgüzar fəaliyyət baxımından uğurlu gündür. Ən cəsur gözləntiləriniz doğrula bilər. Başladığınız işlərdə qətiyyətli olun. Yeni layihələr uğurlu olacaq.

Şir - gərgin, çətin gündür. Yaşananlara rəğmən bədbinliyə qapılmayın, soyuqqanlı olun. Qarşınıza qoyduğunuz məqsədləri saf-çürük edin, hədəfləri konkretləşdirin. Prioritetləri seçin. Dostları bədxahlardan ayırın. Haqlı olduğunuzu düşünürsünüzsə, mövqelərinizdən əsla geri çəkilməyin. Günün ikinci yarısında hər xırda işə görə şübhələnməyin.

Qız - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Tənbəllik və süstlük etməyin. Uğur qazanmaq üçün aktiv olmağınız gərəkdir. Qəfil gəlirlər, planlaşdırılmamış sərfəli anlaşma və ya müqavilə istisna deyil. İşgüzar intuisiyanıza təcrübəli biznesmenlər də həsəd apara bilər.

Tərəzi - ötən həftənin əvvəlində yaranmış problemin əks-sədası hiss olunur. Soyuqqanlı, təmkinli davranın. Hadisələrin məcrasına kobud müdaxilə etməyin. Gözlənilməz işgüzar təkliflər istisna deyil.

Əqrəb - yeni məlumatlar və xoş sürprizlər istisna deyil. Təxəyyülünüz sərhəd tanımır. Bilik və bacarıqlarınızdan praktiki qaydada istifadə edin. Yeni ideyalar pis deyil. Yaxın ətrafınızdakı insanlar ideyalarınızı dəstəkləmsələr də, yolunuzdan geri çəkilməyin. Günün ikinci yarısında müttəfiqlərlə tanışların sayı artacaq.

Oxatan - qarışıq, mübahisəli gündür. Sədləri dəf etməli olacaqsınız. Darıxmağa vaxtınız olmayacaq. Aktiv çalışmayıb tənbəllik etsəniz, çox kiçik nəticələrə nail olacaqsınız.

Oğlaq - uğurlar vəd edən gündür. Qeyri-adi və yaddaqalan hadisələr olacaq. Təmaslarınızda diqqətli davranın, sayıqlığı əldən verməyin. Bədbinlərlə ünsiyyətdə ruhdan düşməyin. Belə olarsa, siz də bədbin olacaqsınız. Halbuki nikbin insanlarla görüş əhvalınızı yaxşılaşdıra bilər.

Dolça - ötən günlərdə yaranan problemlərin fəsadları günün ilk yarısında təzahür edəcək. İşlər pis olmayacaq. Peşəkar fəaliyyət müstəvisində önəmli irəliləyişlərə nail olacaqsınız. Ciddi uğurlar sizi gözləyir.

Balıqlar - müsbət təmayüllərin təsiri güclüdür. Maliyyə məsələsində müəyyən problemlər var. Soyuqqanlı olun, tələskənlik etməyin. Alış-verişdə çox pul xərcləməyin. Sövdələşmə və anlaşma üçün əlverişli zaman deyil.

Milli.Az

Chosen
153
36
mia.az

10Sources