Bakı. Trend:
Amerikanın Kaliforniya ştatının qubernatoru Gevin Nyusom RançoPalos Verdes şəhərində fövqəladə vəziyyət elan edib.
Trend xəbər verir ki, Los-Ancelesdən təxminən 50 kilometrlikməsafədə yerləşən şəhərdə sürüşmələr yaşayış məntəqələrinə vəelektrik xətlərinə təhlükə yaradır. Burada 100-dən çox evinsakinləri təxliyə olunub.
İctimai təhlükəsizlik təhdidi üzündən “Southern CaliforniaEdison” (SCE) kommunal şirkəti 140 evdə elektrik enerjisininverilməsini dayandırıb və bildirib ki, daha 105 binada elektrikenerjisini kəsməyi planlaşdırır. Evləri artan sürüşmə yaxınlığındayerləşən insanlara bazar günü bu rayonu tərk etmək tövsiyəolunub.
Yerli hakimiyyət orqanları bildiriblər ki, evlər, yollar vəinfrastruktur artıq onilliklər ərzində yer dəyişən sürüşmədən zərərçəkib. Sürüşmə 2023-cü ilin yazında güclü yağışlardan sonrasürətlənib.
Şəhər Şurasının üzvü Devid Bredlinin sözlərinə görə, son ildəsürüşmələrin sayı kəskin şəkildə artıb. Bəzi sahələr həftədə 25santimetr hərəkət edir.