ABŞ Dövlət Departamenti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiyanın "qırmızı xətləri” ilə bağlı açıqlamasına cavab verib. Bəyanat ABŞ-ın Ukraynaya uzaq mənzilli JASSM raketləri tədarük etmək planlarına aiddir.
Bu barədə Qaynarinfo "Ukrinform”a istinadən xəbər verir.
Rusiyalı jurnalist ABŞ Dövlət Departamentinin spikeri Metyu Millerdən brifinq zamanı Lavrovun bəyanatına münasibət bildirməsini istəyib.
"Bizim Ukraynaya dəstəyimiz Rusiyanın Ukraynaya qarşı apardığı qeyri-qanuni müharibəyə görədir. Ona görə də Rusiya rusiyalı əsgərlərə qarşı yönəlmiş hərəkətlərə son qoymaq istəyirsə, bunun ən yaxşı yolu müharibəni dayandırıb Ukraynadan çəkilməkdir", - Miller deyib.
Lavrov xüsusilə ABŞ-ı Ukraynaya raket tədarükü məsələsinə baxarkən "Rusiyanın qırmızı xətləri” ilə zarafat etməməyə çağırıb.
"Onlar bizim"qırmızı xətlərimiz" haqqında başa düşməlidirlər. "Qırmızı xətlərimiz" haqqında zarafat edilməməlidir. Və onlar haradan keçdiklərini yaxşı bilirlər", - deyə Lavrov bildirib.
Xatırladaq ki, bu yaxınlarda prezident Volodimir Zelenski Rusiya üçün qırmızı xətlərin olmadığını deyib. Onun sözlərinə görə, Ukrayna müdafiəçiləri Kursk vilayətinin bir hissəsinə nəzarət etməyə başladıqdan sonra bu konsepsiya "dağılıb".
Nizami Bağırov