"Volkswagen" elektrik avtomobillərinə keçiddə uğurlu olmaq üçün xərcləri azaltmalıdır.
Bakıvaxtı.az "E-news"a istinadən xəbər verir ki, bu barədə alman avtomobil şirkəti "Volkswagen"in Baş Maliyyə Direktoru Arno Antlitz açıqlama verib.
O, bildirib ki, elektrikli avtomobillərə keçiddə müvəffəqiyyətli olmaq üçün şirkət xərclərini istehsala uyğun olaraq tənzimləməlidir.
"Bir neçə milyard avroya qənaət etməyin yollarını axtaran "Volkswagen" Almaniyadakı bəzi fabriklər bağlamağı düşünür. Əks halda indiki kimi davam etsək, transformasiyada uğur qazana bilmərik. İki fabrikin istehsalına uyğun gələn təxminən 500 000 "Volkswagen" avtomobilinə tələbat yoxdur", - deyə Antlitz qeyd edib.
Gülşən Şərif