EN

Bluetooth 6.0 texnologiyası rəsmi şəkildə anons edilib

     Bluetooth Special Interest Group (SIG) təşkilatı Bluetooth 6.0 texnologiyasının əsas özəlliklərini açıqlayıb. Bluetooth 6.0-da əsas dəyişikliklər yerin daha dəqiq təyinini, məlumatların təhlükəsizlik texnologiyasını və audio siqnalın ötürülmə sürətini əhatə edəcəklər. Məlumata əsasən Bluetooth 6.0-da əsas yeniliklərdən biri Bluetooth Channel Sounding adlı funksiya olacaq. Bu funksiya cihazların yerlərini santimetr dəqiqliyinə kimi təyin etməyə imkan verəcək. Gözləntilərə əsasən bu funksiya axtarış trekerləri və mobil ekosistemləri sahələrində geniş istifadə imkanlarına sahib olacaq.     Bundan əlavə olaraq Bluetooth 6.0 texnologiyası istifadəçilərə Decision-Based Advertising Filtering və Monitoring Advertisers adlı funksiyaları təklif edəcək. Birinci funksiya ikincidərəcəli əlaqə kanallarının skan sürətinin artırılması, ikinci funksiya isə enerji effektivliyinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. Üstəlik naqilsiz qulaqlıqlar və ya səsgücləndiricilər kimi müxtəlif audio cihazlarında Bluetooth 6.0 vasitəsilə digər cihazlara qoşulma sürətinin yüksəlməsi gözlənilir. Bluetooth 6.0 dəstəyinə sahib ilk prosessor və cihazların nə zaman təqdim olunacaqları barəsində məlumat verilməyib. Sadəcə olaraq qeyd edilib ki, bu proses bir neçə ili əhatə edə bilər.

Chosen
89
technote.az

1Sources