EN

Qafanda da hərbi hissə tikilir- İrəvan sərhəd boyu qoşun yığmağa davam edir...

Image

Şair Ramaldanov: "Artıq bunları mən ciddi xəbərdərlıq hesab edirəm, ola bilsin, üçüncu xəbərdarlıq olmasın"

Son zamanlar Ermənistan tərəfi Azərbaycanla şərti sərhəddə xüsusu fəallıq göstərir. Bir neçə gün əvvəl Ermənistanın Kəlbəcər rayonu istiqamətində, şərti sərhədə yaxın ərazidə yeni hərbi hissə inşa etdiyi üzə çixdı. 

Ardınca isə bu günlərdə Ermənistanın Qafan rayonu istiqamətdə şərti şərhədə yaxın ərazidə daha bir hərbi hissənin tikildiyi, həmin əraziyə ağir texnikanın cəmləşdiyi aşkar edildi. Bununla bağlı sosial şəbəkələrdə görüntülər və geometrik koordinatlar paylaşılıb.

Maraqlıdır ki, bütün bunlar rəsmi İravanın Azərbaycanın sülh təklifini 70 gündən sonra, özü də 17 maddədən 4-ünü çixararaq cavab verdiyi, Nikol Paşinyanın Azərbaycan Konstitusiyasında Ermənistana qarşi ərazi iddiası maddələrinin olduğunu bəyan etdiyi, Ermənistan Konstitusiyasına 2027-ci ildən tez baxilmayacağını dilə gətirdiyi bir dövrdə baş verir. Doğrudanmı Ermənistan Azərbaycanla müharibəyə hazırlaşir?

Bu sualı hərbi ekspert Şair Ramaldanova ünvanladıq. Ş.Ramaldanov bildirdi ki, normal halda hər bir dövlət təhlükəsizliyini təmin etmək hüququna malikdir və hərbi hissələri də öz ərazisində harda istəsə tikə bilər. Lakin Azərbaycanın Ermənistanla müharibə şəraitində olmasıni nəzərə alsaq, əgər hələ də Ermənistan sülh müqaviləsinin bağlanmasından qaçirsa, sərhəd dəqiqləşdirilməsini hələlik dondurubsa, bütün hərbi strukturlar, o cümlədən sözügedən hərbi şəhərciklər, ağir texnika və hərbi obyektlər bizim ücun legitim hərbi hədəf obyektləri sayıla bilər. Belə şəraitdə hər hansı bir hərbi  infrastruktur yaradılırsa, o Azərbaycan tərəfindən hədəfə alınır, əgər ehtiyac yaranırsa, bununla bağlı tədbirlər görüləcək. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev öz mesajını verib. O bildirib ki, istər erməni revanşistlər, istər dövlət başçısı, istərsə də Ermənistanın havadarları tərəfindən Azərbaycana qarşı hər hansı bir təhlükə yaranarsa, Azərbaycan lazımi tədbirlər görəcək. Bunun ardınca müdafiə naziri, cənab general-polkovnik Zakir Həsənov xəbərdərlıq etdi. Artıq bunları mən ciddi xəbərdərlıq hesab edirəm, ola bilsin, üçüncu xəbərdarlıq olmasın. Əgər Ermənistanin atdığı addım, yaratdığı infrastruktur, silahlanması, tutduğu mövqe, yürütdüyu siyasət Azərbaycana ciddi təhlükə yaradarsa, lazım olan addımlar atılacaq. Bu addımlar qarşı tərəfə adekvat cavab olaraq müxtəlif ola bilər. Biz gözləməməliyik ki, Ermənistan silahlansın, güclənsin və Azərbaycana qarşı aqressiv addım atmağa cəsarət etdin. Ona görə də cənab prezident demişdir, əgər biz bilsək ki, Ermənistandan Azərbaycana hər hansı bir təhlükə yarana bilər, cavab tədbirləri görüləcək.

Ermənistan indiki tutduğu mövqedən çəkilməsə, bunu müharibə anonsu kimi də qəbul etmək olar. Çunki biz müharibə şəraitindəyik, lakin atəşkəs dövründəyik. Amma bu atəşkəsə də Ermənistan riayət eləmir, üçtərəfli bəyannamənin tələblərini yerinə yetirməyib. Yerinə yetirilən maddələri də Azərbaycan güc tətbiqi ilə təmin edib. Məsələn, antiterror tədbirləri nəticəsində Azərbaycan məcbur etdi ki, qanunsuz hərbi birləşmələr tərkislah edilsin və Azərbaycan ərazisindən çıxarılsın. Digər məsələlərdə də Azərbaycana qarşi hər hansı bir təhlükə yaranacaqsa, hökumət ona qarşı anındaca adekvat tədbirlər görəcək, o cümlədən də yeni tikilən hərbi hissələr və yaradılan infrastrukturlar bu sıraya aid edilə bilər".

Dəniz NƏSİRLİ





Chosen
147
baki-xeber.com

1Sources