Müğənni Selena Qomez dollar milyarderi olub.
"Unikal" "Bloomberg"ə istinadən xəbər verir ki, onun sərvəti 1,3 milyard dollar qiymətləndirilir.
32 yaşlı müğənni özünün kosmetika brendi olan "Rare Beauty Brands Inc." vasitəsilə xalis sərvət toplayıb. "Bloomberg" qeyd edir ki, Qomez milyarder statusunu "öz biznesi və yüz milyonlarla sosial media izləyicisinin birləşməsi sayəsində" əldə edib.