EN

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

…ABŞ Rusiyaya qarşı müharibədə Ukraynaya dəstək üçün daha 250 milyon dollar ayırıb.

Yeni paketə "Javelin" və AT-4 tank əleyhinə sistemlər, "Bradley" piyada döyüş maşınları, M113 zirehli personal daşıyıcıları, təkərli minaya davamlı zirehli maşınlar (MRAP), həmçinin qumbaraatan və RİM-7 raketləri, Stinger, TOW, HIMARS çoxlu buraxılış raket sistemləri və 155 və 105 mm-lik artilleriya sursatları daxildir.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin sentyabrın 6-da Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya dəstək üzrə təmas qrupunun iclasında yeni tranşı açıqlayıb.

O qeyd edib ki, ilk növbədə, paket Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə yönəldiləcək və bu, davam edən hava hücumları qarşısında Kiyev üçün prioritetdir.

Bundan əlavə, tədarüklərə Ukrayna Silahlı Qüvvələrinin döyüş effektivliyini artırmalı olan silahlar və zirehli texnikalar daxil olacaq.

Ostin əlavə edib ki, aktivlər "müharibə vaxtı sürətlə" yerləşdiriləcək və Vaşinqtonun bütün lazımi resursların cəbhəyə sürətlə çatmasını təmin etmək istəyini vurğulayır.

Qeyd edək ki, bu, son iki həftədə ABŞ-dan ikinci yardım paketidir.

Avqustun 24-də, Ukraynanın müstəqillik günündə Pentaqon hava hücumundan müdafiə raketləri, tank əleyhinə Javelin sistemləri, HIMARS sursatları, pilotsuz uçuş aparatları və artilleriya mərmiləri üçün 125 milyon dollar maliyyə ayrıldığını elan edib.

Əli Babayev

Chosen
46
1
sesqazeti.az

2Sources