Sentyabrın 13-də Böyük Britaniyanın Baş naziri Kir Starmerlə ABŞ Prezidenti Co Bayden arasında Ağ evdə görüş keçiriləcək.
“İki sahil”in Ağ evə istinadən verdiyi məlumata görə, tərəflər Ukraynada gedən müharibə və Yaxın Şərqdə davam edən münaqişəyə dair müzakirə aparacaqlar. Görüşdə həmçinin təchizat zəncirlərini təmin etmək və iqlimlə bağlı ABŞ-Böyük Britaniya əməkdaşlığını gücləndirmək imkanları müzakirə olunacaq. Bu, K.Starmer baş nazir seçildikdən sonra tərəflər arasında ikinci görüş olacaq.