İngiltərənin “Arsenal” klubu ciddi itki ilə üzləşib.
Msport.az xəbər verir ki, London təmsilçisinin italiyalı müdafiəçisi Rikkardo Kalafiori zədələnib.
O, yığmasının heyətində Fransaya qalib gəldikləri (3:1) Millətlər Liqasının matçında sıradan çıxıb.
22 yaşlı oyunçu sentyabrın 15-də Premyer Liqanın IV turunda “Tottenhem”lə qarşılaşmanı buraxa bilər.
Qeyd edək ki, “Tottenhem” Avropa Liqasının Liqa mərhələsində sentyabrın 26-da “Qarabağ”ı qəbul edəcək.