EN

Türkiyədə zəlzələ baş verib

Bakı. Trend:

Türkiyənin mərkəzi hissəsində 5,7 gücündə zəlzələ qeydəalınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi SeysmolojiMərkəzi məlumat yayıb.

Məlumata görə, təbiət hadisəsinin episentri Kozan şəhərinin 20km şimal-şərqində yerləşir. Zəlzələ mərkəzi 12 km dərinlikdə olub.Şəhərdə təxminən 88,1 min nəfər yaşayır.

Zərərçəkənlər və dağıntılar haqqında məlumat verilməyib.

Chosen
122
1
az.trend.az

2Sources