Mübariz Göyüşlü: “Zəngəzur dəhlizi ilə bağlı məsələdə maraqların toqquşması deyil, uzlaşması müşahidə olunarsa, biz çox böyük qazanc əldə edərik”
“Zəngəzur dəhlizi ilə bağlı arzu və xəyallar heç vaxt reallığa çevrilməyəcək”. Bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib.
O bildirib ki, ölkəsinin kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı mövqeyi dəqiq və aydındır: “Biz açılışın əleyhinə deyilik, amma əminəm ki, açılış çərçivəsində bütün tədbirlər milli və dövlət suverenliyi çərçivəsində həyata keçirilməlidir.
“Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasının əlaqəsinin təmin edilməsi məsələsi hansısa dövlətdə narahatlıq yaratmamalıdır”İ
ranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhaninin məlum fikri ilə bağlı açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com-a açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ heç kimi narahat etməməlidir: “Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasının əlaqəsinin təmin edilməsi məsələsi hansısa dövlətdə narahatlıq yaratmamalıdır. Bu məsələdə Azərbaycanın niyyəti bəllidir. Ermənistanın iddia etdiyi kimi bizim onların suverenliyinə qarşı planımız yoxdur. Hesab edirəm ki, qonşu dövlətlər, uzaq ölkələr belə Azərbaycanın addımlarından narahat olmamalıdır. Azərbaycanın müsbət məqamlara köklənməsi zamanla sübut olunacaq. Xoş niyyətimizi göstərməkdən ötrü sülh sazişində Zəngəzur dəhlizi ilə bağlı məsələnin müzakirəsini və işin həllini çıxartdıq. Bu bizim xoş niyyətimizdir. Ümumiyyətlə, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ancaq xoş niyyətlidir”.
Siyasi şərhçinin fikrincə, Zəngəzur dəhlizi ilə bağlı məsələdə maraqların toqquşması deyil, uzlaşması müşahidə olunarsa, biz çox böyük qazanc əldə edərik. Zəngəzur dəhlizi açılar, Azərbaycan, Ermənistan və bütün tərəflər bu məsələdə iqtisadi, nəqliyyat kommunikasiyaları baxımımdan uduşlu çıxar. Zamanla bu məsələ də həll olunacaq.
Günel CƏLİLOVA